Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR

Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR






presstv

"Presstv"az #Azərbaycan, #Emin Əmrullayev, #Kadr dəyişiklikliyi, #Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA), #Qazax, #Təhsil, #Vəzifə, #Yeni təyinat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə yeni direktor müavinləri təyin olunub.

presstvaz   xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Belə ki, bu vəzifənin icrası Vəfa Yaqublu və Arslan Hacıyevə həvalə olunub.

Direktor müavini təyin edilən Vəfa Yaqublu müxtəlif dövrlərdə ali təhsil müəssisələrində müəllim, baş müəllim, Elm və Təhsil Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifələrində çalışıb.

O, 2022-2024-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə, Məktəbəqədər və Ümumi Təhsil siyasəti şöbəsinin müdiri vəzifələrində çalışıb.

Qeyd edək ki, Vəfa Yaqublu Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda Rus dili və ədəbiyyat müəllimliyi üzrə təhsil alıb.

Direktor müavini təyin edilən Arslan Hacıyev 2012-2022-ci illər ərzində bir sıra dövlət qurumlarında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Elm və təhsil nazirinin müvafiq əmri ilə 2022-cil ildə Qazax-Tovuz Regional Təhsil İdarəsini müdiri vəzifəsinə təyin olunub. 2024-cü ilin noyabr ayından isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Arslan Hacıyev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb, daha sonra 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Hollandiyanın “Maastricht School of Management” və ADA Universitetində Beynəlxalq Biznes üzrə təhsilini davam etdirib.

Həmçinin, o, 2020-ci ildə Layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikat (“Project Management Professional” (PMP) əldə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv