Süni intellekt dərman hazırlayacaq

Süni intellekt dərman hazırlayacaq






presstv

"Presstv"az #Google

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Google” ilə birlikdə “Alphabet” holdinqinin tərkibinə daxil olan “Isomorphic Labs” şirkəti süni zəkanın tətbiqi ilə yaradılmış dərmanların klinik sınaqlarına başlamağa hazırlaşır.

presstvaz lent.az-a istinadən xəbər verir ki, şirkətin rəhbəri Demis Hassabisin sözlərinə əsasən, ilk sınaqların cari ilin sonuna qədər keçirilməsi planlaşdırılır. Bir dərmanın hazırlanması, adətən, 5 ildən 10 ilə qədər vaxt tələb edir. Hassabisin sözlərinə əsasən, süni zəkanın istifadəsi bu müddəti 10 dəfə azalda bilər ki, bu da səhiyyə sahəsində inqilabi dəyişiklik olacaq. 2021-ci ildə təsis edilmiş “Isomorphic Labs” şirkəti artıq dərman hazırlama prosesini sürətləndirmək məqsədilə Eli Lilli və Novartis kimi əczaçılıq nəhəngləri ilə əməkdaşlıq edir. Şirkətin əsas tədqiqat sahələri arasında onkologiya, ürək-damar xəstəlikləri və neyrodegenerativ pozuntular yer alır.

Süni zəkadan istifadə etməklə “Isomorphic Labs” təkcə dərmanların hazırlanma prosesini sürətləndirmək deyil, həm də yeni preparatların yaradılması ilə bağlı xərcləri azaltmaq niyyətindədir. Gözlənilir ki, şirkətin ilk dərmanları 2025-ci ilin sonuna qədər klinik sınaq mərhələsinə daxil olacaq. Əgər onlar uğurlu olarsa, bu, əczaçılıq sənayesində mühüm dəyişikliklərə və qlobal səhiyyənin yaxşılaşmasına səbəb ola bilər. /Lent.az

“Google” ilə birlikdə “Alphabet” holdinqinin tərkibinə daxil olan “Isomorphic Labs” şirkəti süni zəkanın tətbiqi ilə yaradılmış dərmanların klinik sınaqlarına başlamağa hazırlaşır.

Şirkətin rəhbəri Demis Hassabisin sözlərinə əsasən, ilk sınaqların cari ilin sonuna qədər keçirilməsi planlaşdırılır. Bir dərmanın hazırlanması, adətən, 5 ildən 10 ilə qədər vaxt tələb edir. Hassabisin sözlərinə əsasən, süni zəkanın istifadəsi bu müddəti 10 dəfə azalda bilər ki, bu da səhiyyə sahəsində inqilabi dəyişiklik olacaq. 2021-ci ildə təsis edilmiş “Isomorphic Labs” şirkəti artıq dərman hazırlama prosesini sürətləndirmək məqsədilə Eli Lilli və Novartis kimi əczaçılıq nəhəngləri ilə əməkdaşlıq edir. Şirkətin əsas tədqiqat sahələri arasında onkologiya, ürək-damar xəstəlikləri və neyrodegenerativ pozuntular yer alır.

Süni zəkadan istifadə etməklə “Isomorphic Labs” təkcə dərmanların hazırlanma prosesini sürətləndirmək deyil, həm də yeni preparatların yaradılması ilə bağlı xərcləri azaltmaq niyyətindədir. Gözlənilir ki, şirkətin ilk dərmanları 2025-ci ilin sonuna qədər klinik sınaq mərhələsinə daxil olacaq. Əgər onlar uğurlu olarsa, bu, əczaçılıq sənayesində mühüm dəyişikliklərə və qlobal səhiyyənin yaxşılaşmasına səbəb ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv