350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb

350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb






presstv

"Presstv"az #Abşeron rayonu, #Araşdırma, #Bakı, #İmişli, #İmişli rayonu, #Torpaq sahəsi, #Xəzər rayonu, #Xırdalan şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

presstvaz   xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, araşdırmalar zamanı Bakı şəhəri, Xəzər rayonu, Ramana qəsəbəsində, Abşeron rayonunun Xırdalan şəhəri, Samux rayonunun Alıuşağı kəndi və İmişli rayonunun Sarıxanlı kəndində meşə fonduna daxil olmayan 360 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 62 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv