Azərbaycan yük gəmisi ilk dəfə Magellan boğazından keçdi

Azərbaycan yük gəmisi ilk dəfə Magellan boğazından keçdi






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO), #Gəmi, #Hadisə, #İspaniya, #İspaniyanın, #YouTube, #Yük gəmisi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Handysize” tipli “Murovdağ” quru yük gəmisi Magellan boğazını keçən Azərbaycanın ilk yük gəmisi olub.

presstvaz  ASCO-ya istinadən xəbər verir ki, bu hadisə ilə gəmi ölkəmizin dənizçilik tarixində yeni bir səhifə açıb.

Çilinin Tokopilla limanından 33 000 ton potassium nitratı ilə yola çıxan “Handysize” tipli gəmi Latın Amerikasının cənub sahili boyunca hərəkət edərək, dünyanın ən çətin və strateji əhəmiyyətli dəniz yollarından biri sayılan Magellan boğazından keçib. Hazırda gəmi Atlantik okeanına doğru üzür və İspaniyanın Kadiz limanında yükünü boşaltması planlaşdırılır.

Magellan boğazı Cənubi Amerikanın cənubunda, Çili ərazisində yerləşir və Atlantik okeanı ilə Sakit okeanı birləşdirən mühüm dəniz keçididir. Boğaz güclü küləkləri, dəyişkən hava şəraiti və mürəkkəb su axınları ilə tanınır.

ASCO-nun beynəlxalq sularda istismara verdiyi ikinci “Handysize” tipli məhdudiyyətsiz üzmə imkanlarına malik gəmisi olan “Murovdağ” bu tarixi keçidlə Azərbaycanın dənizçilik sahəsindəki mövqeyini daha da möhkəmləndirir və qlobal yükdaşımalarda iştirakını genişləndirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv