Mərhum Xalq artisti Mikayıl Mirzənin oğluna İrandakı səfirlikdə yeni vəzifə VERİLDİ

Mərhum Xalq artisti Mikayıl Mirzənin oğluna İrandakı səfirlikdə yeni vəzifə VERİLDİ






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycanın İrandakı səfirliyi, #Bakı, #Çin, #Hikmət Hacıyev, #İndoneziya, #İran, #Silahlı hücum, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Uzun illərdir diplomatiya sahəsində xidmət edən Mətin Mirzə (mərhum Xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin oğlu) yeni vəzifəyə təyin olunub.

presstvaz   Modern.az-a istinadla xəbər verir ki, Mətin Mirzəyə yüksək etimad göstərilib və o, bir müddət öncə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində müşavir vəzifəsində işə başlayıb.

O, bu günlərdə səfirliyin müşaviri kimi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İranda keçirdiyi görüşlərdə də iştirak edib.

Xatırladaq ki, 2000-ci illərin əvvəllərində Xarici İşlər Nazirliyinin mətbuat katibi olmuş Mətin Mirzə KİV-lə uğurlu əlaqələr yarada bilən əməkdaş kimi yadda qalıb. O, 2006-cı ildə mətbuat xidmətindən gedəndən sonra XİN-də digər vəzifələrdə çalışıb. 2008-2011-ci illərdə Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir işləyib. 2011-ci ildə vətənə qayıtdıqdan sonra bir müddət Xarici İşlər Nazirliyinin (XİN) müvafiq idarəsində fəaliyyətini davam etdirib.

2013-cü ilin sentyabrında yenidən səfir müşaviri kimi təyinat alıb. Beş il Azərbaycanın Çindəki səfirliyində çalışandan sonra yenidən Azərbaycana qayıdan diplomat XİN sistemində xidmətini davam etdirib.

Qeyd edək ki, Azərbaycan ilə İran arasında yaranmış gərginlik səbəbindən Tehrandakı səfirliyimiz bir müddət fəaliyyətinə ara vermişdi. Belə ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum ediləndən iki gün sonra diplomatlarımız Tehrandan Bakıya evakuasiya olunmuş və diplomatik korpusun fəaliyyəti dayandırılmışdı.

İki ölkə arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir Əli Əliyev və səfirliyin heyəti İrana geri dönüb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv