Bu “ASAN xidmət” mərkəzində kommunal ödənişlər nağdsızlaşdırıldı

Bu “ASAN xidmət” mərkəzində kommunal ödənişlər nağdsızlaşdırıldı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən sakinlərə göstərilən bütün növ xidmətlərin, o cümlədən, poçt, rabitə və nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

presstvaz  bildirir ki, bu barədə Nazirlikdən   verilən məlumata görə, həyata keçirilən kompleks tədbirlərin davamı olaraq Nazirliyin tabeli qurumu olan “Naxçıvanpoçt” publik hüquqi şəxsi tərəfindən Naxçıvan “ASAN xidmət” mərkəzində göstərilən poçt xidmətlərinin 4 mart 2024-cü il tarixdən nağdsız yolla həyata keçirilməsinə başlanılıb.

Yerli bələdiyyə vergilərinin ödənilməsi, eləcə də istehlakçılar tərəfindən sərf olunan qaz, elektrik enerjisi, su, rabitə və internet xidmətlərinin dəyərini Naxçıvan “ASAN xidmət” mərkəzində yerləşən müvafiq bank xidmətinə ödədikdən sonra bank tərəfindən verilmiş qəbzi poçt xidmətləri pəncərəsinə təqdim etməklə, mövcud bazada müvafiq ödənişlər qeydiyyata alınır.

Qeyd edək ki, bəhs olunan ödənişlər “ASAN xidmət” mərkəzinin daxili qaydalarına uyğun olaraq nağdsız həyata keçirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv