Baykal gölündə müəmmalı heykəli görənlər heyrətə gəldi – VİDEO

Baykal gölündə müəmmalı heykəli görənlər heyrətə gəldi – VİDEO






presstv

"Presstv"az #Avto, #avtomobillər, #göldə, #Rusiya, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın İrkutsk vilayətində, Listvyanka kəndinin akvatoriyasında, Baykal gölünün dibində hündürlüyü 2 metr olan zirehli cəngavər metal heykəli tapılıb. Abidə ötən ilin dekabrında sahildən 40 metr aralıda, 7 metr dərinlikdə qoyulub. 

presstvaz   bildirir ki,heykəlin müəllifləri, özəl dalğıc klubunun üzvləri, obyektin təbiət üçün təhlükəsiz olduğunu və Baykalı “qorumaq” üçün nəzərdə tutulduğunu iddia edirlər. Lakin onun görünüşü sosial media istifadəçiləri arasında aktiv müzakirələrə səbəb olub.

Çoxları heykəlin təbiətə zərər verə biləcəyini düşünür və gölün ekosisteminə mümkün təsirindən narahatdır. “Bu, sadəcə zibildir” deyə heykəli görənlər yazırlar. Bununla belə, layihə müəllifləri cəngavərin hazırlandığı metalın su hövzələri üçün təhlükəsiz olduğunu iddia edirlər. Onlar həmçinin vurğulayıblar ki, heykəl ətraf mühitə təhlükə yaratmamaq üçün etibarlı şəkildə qorunub.

Məlumata görə, heykəl üçün zireh internet vasitəsilə alınıb və Baykal gölü üçün təhlükəli olmayan metaldan hazırlanıb. Layihə Baykala diqqəti cəlb etmək və yeni dalğıc nöqtəsi yaratmaq məqsədi ilə simvolik olaraq düşünülür.

Yerli dalğıc və fəal Mark Kisurin sosial şəbəkələrdə heykəlin foto və videolarını yerləşdirərək əsərin müəlliflərinin müdafiəsinə qalxıb. O xatırladıb ki, Baykalın təmizlənməsi ilə məşğul olan fəallar mütəmadi olaraq sudan zibilləri – butulkaları, manqalları, təkərləri və digər tullantıları çıxarırlar. Dalğıc qeyd edib ki, göldə avtomobillər, qayıqlar və hətta köhnə vaqonlar kimi çoxlu su altında qalan obyektlər var.

Sosial şəbəkələrdə yazılanlara cavab olaraq Qərbi Baykal Rayonlararası Ekoloji Prokurorluğu yoxlama təşkil edib. Heykəlin ekosistemə təsirinin qiymətləndirilməsi üzrə tədbirlərə yaxın vaxtlarda yenidən baxılacaq və vəziyyətə nəzarət etmək üçün lazımi addımlar atılacaq. /Lent.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv