Qubernator qədim mətnin deşifrə edilməsi üçün 1 milyon dollar təklif edir

Qubernator qədim mətnin deşifrə edilməsi üçün 1 milyon dollar təklif edir






presstv

"Presstv"az #Dollar, #Hindistan, #Pakistan, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hindistanın Tamilnad ştatının qubernatoru Hind vadisi sivilizasiyasına aid qədim yazının oxunmasını bacaran şəxsə 1 milyon dollar mükafat vəd edib.

presstvaz qaynarinfo-ya istinadən xəbər verir ki,Hindistan və Pakistan ərazisində təxminən 5500 il əvvəl formalaşan Hind vadisi sivilizasiyası (harappa mədəniyyəti) arxasında hələ də tam oxuna bilməyən yazılar buraxıb. Qubernator bu təklifi qədim Tamil keramikası üzərindəki yazılar ilə harappa əlifbası arasında mümkün əlaqənin araşdırıldığı elmi məqalənin dərcindən sonra irəli sürüb.

İndiyədək bir çox dilçi alim bu qədim yazını deşifrə etməyə çalışsa da, heç biri tam müvəffəqiyyət əldə etməyib. Süni intellekt və müasir İT mütəxəssisləri də bu sirri açmaq üçün cəhd göstərirlər, lakin alimlər əlavə məlumatlar olmadan maşın öyrənməsinin bu sahədə ciddi irəliləyiş əldə edə biləcəyinə şübhə ilə yanaşırlar.

Hazırda tədqiqatçıların əlində təxminən 4000 artefakt üzərində tapılmış, cəmi 68 simvoldan ibarət yazılar var. Lakin bu yazılar əsasən qısa olduğu üçün onların tam olaraq bir dilə, yoxsa simvolik sistemə aid olduğu bəlli deyil. Bəzi alimlər bu yazının çin heroqliflərinə bənzər loqoqrafik sistem ola biləcəyini düşünürlər.

Bu mükafat təşəbbüsünün İnd vadisi sivilizasiyasının sirrini açmağa kömək edib-etməyəcəyi isə hələlik bilinmir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv