Sensasion açıqlama: Səkkizinci qitə aşkar edilib

Sensasion açıqlama: Səkkizinci qitə aşkar edilib






presstv

"Presstv"az #Avstraliya, #Yeni Kaledoniya, #Yeni qitə, #Yeni Zelandiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sakit okeanın altında səkkizinci qitə aşkar edilib.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə beynəlxalq alimlər qrupu tərəfindən GSA-da dərc olunan məqalədə elan edilib.

Bildirilir ki, söhbət Zelandiya adlanan qitədən gedir.

“Sakit okeanın suları altında, Avstraliyanın şərqində unikal geoloji formalaşma – Zelandiya qitəsi yerləşir. Təxminən 5 milyon kvadrat kilometr ərazisi olan bu torpaq kütləsi demək olar ki, tamamilə su altında gizlənib və yalnız kiçik bir hissəsi Yeni Zelandiya və Yeni Kaledoniya adaları şəklində suyun səthindən yuxarı çıxır”, – deyə məqalədə qeyd olunub.

Alimlər geoloji tədqiqatlara istinadla bildiriblər ki, Zelandiya qitənin əsas meyarlarına cavab verir: aydın müəyyən edilmiş sərhədlərə malikdir, bir milyon kvadrat kilometrdən çox ərazini əhatə edir, ətraf okean qabığından yuxarı qalxır və daha qalın kontinental qabığa malikdir.

“Qitənin təxminən 94%-i suyun altındadır. Peyk qravitasiyası vasitəsilə əldə edilən batimetrik xəritələr Zelandiyanın vizuallaşdırılmasında böyük kömək göstərib. Əgər Yerin bərk səthinin hündürlüyü Mars və Veneranınkı kimi xəritələşdirilsəydi, Zelandiya qitə kimi müəyyən edilərdi”, – deyə alimlər əlavə ediblər.

Hesablamalara görə, Zelandiya bir zamanlar Qondvananın sahəsinin təxminən beş faizini təşkil edib, təxminən 100 milyon il əvvəl ondan ayrılmağa başlayıb. Antarktidadan ayrılma prosesi 105 milyon il əvvəl başlayıb və 85 milyon il əvvəl başa çatıb. Təxminən 23 milyon il əvvəl qitə suya batıb”.

Elm adamlarının sözlərinə görə, son tədqiqatlar qitənin yaşının əvvəllər düşünüldüyündən xeyli çox olduğunu vurğulayıblar.

“Biz iddia edirik ki, Zelandiya qismən su altında qalmış kontinental fraqmentlər toplusu deyil, 4,9 milyon kvadrat kilometr sahəsi olan vahid qitədir”, – tədqiqatçılar məqalələrində yekunlaşdırıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv