Pakistanda ata “TikTok”dakı videosuna görə qızını güllələyərək öldürdü

Pakistanda ata “TikTok”dakı videosuna görə qızını güllələyərək öldürdü






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Pakistan, #Qəsdən adam öldürmə, #Sosial şəbəkələr, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pakistanda “TikTok” sosial şəbəkəsində videolarını paylaşdığı üçün kişi 14 yaşlı qızını öldürüb. Qızın atası onun sosial şəbəkələrdəki fəaliyyətindən narazı olsa da, qız internetdəki fəaliyyətini dayandırmayıb.

presstvaz   xəbər verir ki, bu barədə “Express Tribune” məlumat verib.

Məlumata görə, qızın atası şübhəli şəxsləri müəyyən edilməsi üçün polisə müraciət edib. Əvvəlcə bu cinayət üstü açılmamış bir qətl kimi araşdırılıb.

Amma araşdırmalar və cinayət yerindən dəlillərin toplanmasından sonra ailə üzvləri şübhəli bilinib. Polis 14 yaşlı qızın atasını və əmisini onun öldürülməsinə görə həbs edib. Ata və əmi qızın sosial mediadan istifadə etdiyi üçün onun qətlini planlaşdırdıqlarını etiraf ediblər.

Polisin verdiyi məlumata görə, yeniyetmə evinin yaxınlığında güllə ilə vurulub və xəstəxanaya aparılarkən yolda ölüb.

Əlavə olaraq, məlum olub ki, bu ilin yanvarında Pakistana gələnə qədər ailə 28 il ABŞ-də yaşayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv