Bakıya buna görə qar yağmırmış

Bakıya buna görə qar yağmırmış






presstv

"Presstv"az #Avropa, #Bakı, #Cənubi Qafqaz, #Qlobal istiləşmə, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illər Bakıya qar yağmaması birmənalı qarşılanmır. Zaman-zaman mediada iqlim dəyişiklikləri və qlobal istiləşmə barədə çox danışılır, bununla bağlı müxtəlif yazılar dərc olunur. Hətta tez-tez “son 40 ilin ən sərt qışı olacaq, qar yağacaq” kimi xəbərlərə də rast gəlinir. Lakin ortada heç nə yoxdur.

presstvaz xəbər verir ki, Globalinfo.az-a danışan iqlimşünas Məhərrəm Mehdiyevin sözlərinə görə, Bakıya qarın yağmamasının səbəbi qolfstrim cərəyanının zəifləməsidir.

O, iqlim dəyişmələrinin baş verdiyini vurğulayıb:

“Bilirsiniz, qolfstrim cərəyanı öz fəaliyyətini yaxşı göstərəndə Bakıya qar yağır. İndi Avropa ölkələri və Rusiya deyir ki, qolfstrim çox zəifləyib. Belə getsə, tamamilə sıfra çata, bundan sonra da qolfstrim cərəyanı əksinə hərəkət edə bilər. Bu mənada qolfstrimin zəifləməsi həmin o qar kütlələrinin bizə, ümumiyyətlə, Cənubi Qafqaza, Orta Asiyaya gəlməsini çox zəiflədib”.

İqlimşünas deyib ki, hündürlükdə qar yağsa da, bizə yağış gəlib çatmış olur:

“Alimlərimiz nə deyirsə, onunla razılaşırıq. Həm də bilirsiniz, iqlim dəyişmələri baş verib, orta temperatur artıb. Bəlkə də 200-300 metrlikdə qar yağır, amma atmosfer havasına, yəni bizim 100 metrlik havaya çatanda yağışa çevrilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv