Yaşayış binalarına “cambalkon” quraşdırılması qadağandır? – VİDEO

Yaşayış binalarına “cambalkon” quraşdırılması qadağandır? – VİDEO






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son vaxtlarda çoxmənzilli binalarda eyvanların cambalkonla bağlanılması hallarını tez-tez görürük. Cambalkonların kvadratının qiyməti, istifadə olunan materialların keyfiyyəti, profil və aksesuarların mənşəyi, şüşənin qalınlığı və layihənin mürəkkəbliyinə əsasən, ortalama 90-150 manat arası dəyişir.

Maraqlıdır, mənzillərə cambalkon quraşdırarkən hansı normativlər nəzərə alınmalıdır? Ümumiyyətlə, bu barədə qadağalar varmı?

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, bu məsələ müvafiq qaydalara əsasən tənzimlənir.

Ekspertin sözlərinə görə, vətəndaşların eyvanlara müəyyən müdaxilələrinə də rast gəlinir ki, bu da qanunsuz hesab olunur.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Emin Mehdiyev də bildirir ki, sözügedən məsələ yanğın təhlükəsizlik qaydaları ilə tənzimlənir.

Mövzu ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də müraciət etdik. Bildirildi ki, “Yaşayış binaları. Layihələndirmə Normaları”nın tələblərinə uyğun olaraq hündürlüyü 10 mərtəbədən çox olan, 75 metrdən hündür olmamaq şərti ilə yaşayış binalarının eyvanlarında kombi sistemləri nəzərdə tutulduğu halda cambalkon və ya digər üsulla bağlanılması məqsədəuyğun hesab edilmir.

Daha ətraflı videomaterialı təqdim edir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv