Bu yolda hərəkət dəyişikliyi edildi – Qaydaları pozanlar 100 manat cərimələnəcək

Bu yolda hərəkət dəyişikliyi edildi – Qaydaları pozanlar 100 manat cərimələnəcək






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Nərimanov rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda daha bir yolda hərəkətin təşkilində dəyişiklik edilib.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla və Çernyayevski küçələrinin kəsişməsindən gedir.

Bir vaxtlar həmin ərazidə kustar üsulla asfalta çəkilən dairə cizgisi sürücülər arasında çaşqınlıq yaradırdı.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları növbəli hərəkəti təşkil etməklə ərazidə təhlükəsizliyi artırmaq və nizamlılığı təmin etmək üçün yol kəsişməsində “sarı tor” təşkil edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sürücülər arasında çaşqınlığa səbəb olan hallar həmin ərazidə aradan qaldırılıb. O da əlavə edilib ki, ərazidə işıqforların quraşdırılması digər qurumlarla razılaşdırılır.

Qeyd edək ki, həmin yerdə işıqfor qoyulduqdan sonra qaydalara əməl etməyən sürücülər, yəni yol ayrıcını keçmə qaydalarının pozduqları halda 3 cərimə balı və 100 manat məbləğdə cərimə ediləcəklər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv