Bəzi qurumların dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırıldı

Bəzi qurumların dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırıldı






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, #Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti, #Daxili İşlər Nazirliyi (DİN), #Ədliyyə Nazirliyi, #Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, #İlham Əliyev, #Maaş artımı 2025, #Maliyyə Nazirliyi, #Nazirlər Kabineti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident İlham Əliyev bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşlarının artırılması haqqında Fərman imzalayıb.

presstvaz   President.az-a istinadən bildirir ki, fərmanla Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıdakı dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq tarif (vəzifə) maaşları orta hesabla 10 faiz artırılır:

1.1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

1.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

1.3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

1.4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;

1.5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi;

1.6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi;

1.7. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;

1.8. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

1.9. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

1.10. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;

1.11. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

1.12. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

1.13. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

1.14. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Bu Fərmanın 1.1-1.6-cı bəndlərində nəzərdə tutulan dövlət orqanlarının dövlət qulluqçusu olmayan, əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən mülki işçilərinin aylıq tarif (vəzifə) maaşları dövlət büdcəsindən maliyyələşdirilən sahələr üçün qüvvədə olan Vahid Tarif Cədvəlinə uyğun məbləğlərdə müəyyən edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, bu fərmanın 1.1-1.14-cü bəndlərində nəzərdə tutulan dövlət orqanları və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv