ABŞ-yə etiraz Kolumbiyaya baha başa gəldi

ABŞ-yə etiraz Kolumbiyaya baha başa gəldi






presstv

"Presstv"az #Donald Tramp, #Kolumbiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ hökuməti Kolumbiyadan idxal olunan mallara əlavə 25% rüsum tətbiq edəcək.

presstvaz   xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.

“Kolumbiyadan ABŞ-yə daxil olan bütün mallar üçün 25% fövqəladə rüsumlar tətbiq ediləcək. Bir həftə ərzində 25%-lik tariflər 50%-ə qaldırılacaq”, – o vurğulayıb.

Bundan əlavə, ABŞ Kolumbiya rəsmiləri və digər rəsmi şəxslərin ölkəyə girişinə məhdudiyyətlər, bank və maliyyə sisteminə sanksiyalar, habelə Kolumbiya hökumətini dəstəkləyən şəxslərə viza məhdudiyyətləri tətbiq edəcək.

Tramp, həmçinin milli təhlükəsizlik məqsədilə Kolumbiya vətəndaşları və yükləri üzərində sərhəd və gömrük nəzarətini gücləndirməyi əmr edib və bunun hələ başlanğıc olduğunu bildirib.

Qeyd edək ki, Kolumbiya Prezidenti Qustavo Petro deportasiya edilən kolumbiyalıları daşıyan ABŞ təyyarələrinin ölkəyə enməsini qadağan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv