7 milyon insanı öldürən koronavirus: Süni şəkildə yaradılıb, amma… – ABŞ kəşfiyyatı

7 milyon insanı öldürən koronavirus: Süni şəkildə yaradılıb, amma… – ABŞ kəşfiyyatı






presstv

"Presstv"az #ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, #Çin, #COVID-19, #Koronavirus, #pandemiya, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) koronavirusun mənşəyinin laboratoriyada yarandığı ehtimalı ilə bağlı qiymətləndirmə dərc edib.

presstvaz qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə MKİ-nin məlumatına görə, virus çox güman təbii olaraq yaranmayıb, süni şəkildə yaradılıb, lakin buna dair dəqiq sübut yoxdur.

Yeni qiymətləndirmə Çində virusun yayılması, elmi tədqiqatlar və laboratoriya işləri ilə bağlı məlumatların təhlilinə əsaslanır. Hesabatda vurğulanır ki, Çin hakimiyyətinin əməkdaşlığı olmadan virusun mənşəyini tam başa düşmək mümkün deyil.

Hesabat Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Uilyam Börns dövründə ABŞ-ın əvvəlki administrasiyası tərəfindən sifariş edilib və Con Ratkliff tərəfindən açıqlanıb. Yanvarın 25-də ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Tom Kotton nəticələrdən məmnunluğunu ifadə edərək, Çinin virusun yayılmasına görə məsuliyyət daşımasına ehtiyac olduğunu bildirib.

Çinin Vaşinqtondakı səfirliyinin nümayəndələri koronavirusun laboratoriyada yaranması ilə bağlı iddiaları təkzib edib və elmə hörmət etməyə çağırıblar.

ABŞ-da laboratoriya nəzəriyyəsinə dəstək əvvəllər FTB-nin o zamankı direktoru Kristofer Rey, Energetika Departamenti və MKİ-nin keçmiş direktoru Con Ratkliff tərəfindən ifadə edilmişdi.

2019-cu ilin dekabr ayında Çin səlahiyyətliləri Ümumdünya Səhiyyə Təşkilatına Vuhanda sətəlcəm xəstəliyinin baş verdiyini bildirib. 2020-ci ilin mart ayında ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus virusun bütün dünyada sürətlə yayılması səbəbindən COVID-19-u pandemiya elan edib. Son məlumatlara görə, dünyada 7 milyondan çox insan koronavirusdan dünyasını dəyişib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv