Avtomobilləri üçün qeyri-orijinal şüşə alanlara XƏBƏRDARLIQ – VİDEO

Avtomobilləri üçün qeyri-orijinal şüşə alanlara XƏBƏRDARLIQ – VİDEO






presstv

"Presstv"az #avtomobillər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avtomobilləri üçün qeyri-orijinal şüşə alanlara XƏBƏRDARLIQ

Avtomobil üçün qeyri-orijinal şüşələrin alınması sərfəli həll kimi görünə bilər, lakin bu, bir çox gizli risklər daşıyır.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, mütəxəssislər xəbərdarlıq edir.

Keyfiyyətsiz şüşələr asanlıqla zədələnir, çatlayır və qırılır. Hətta belə şüşələr görünüşü təhrif edən nahamarlıq və qüsurlara malik olur. Bu çatışmazlıqlar xüsusilə gecə və ya pis havada nəzərə çarpır: qarşıdan gələn avtomobillərin işıqları görünüşü məhdudlaşdıran effekt yarada bilər.

Avtomobil təmiri ilə məşğul olan Tural Rəhmanlı deyir ki, aşağı keyfiyyətli şüşələrin tez-tez dəyişdirilməsi zərurəti yaranır, bu isə təmir və ya dəyişdirmə üçün əlavə xərclərə səbəb olur.

Qiymətlərə gəldiksə isə müsahibimiz deyir ki, təxminən 150 manatdan 650 manata qədər avtomobil şüşələri mövcuddur. Məbləğ avtomobilin modelinə və şüşənin növünə görə dəyişir.

Daha ətraflı videomaterialı təqdim edirik.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv