Təhlükə mənbəyi olduğu deyilən portağalla bağlı RƏSMİ AÇIQLAMA

Təhlükə mənbəyi olduğu deyilən portağalla bağlı RƏSMİ AÇIQLAMA






presstv

"Presstv"az #Azərbaycan, #Qida məhsulları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qida sənayesində, o cümlədən müxtəlif qənnadı məmulatları, qablaşdırılmış sərinləşdirici içkilər və digər qida məhsullarında rəngləndiricilərin istifadəsi dünya təcrübəsində geniş yayılmış bir haldır”.

presstvaz xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

“Bəzi media səhifələrində portağal məhsulunun üz qabığının parlaq olması və qırmızımtıl iz buraxması barədə məlumatlar dərc olunub. Bütöv halda olan meyvə və tərəvəzlərin zərərli orqanizmlərdən qorunması və əmtəə görünüşünün yaxşılaşdırılması məqsədilə qanunvericiliklə təsbit olunmuş bir sıra qida əlavələrindən (rəngləndirici) istifadə edilir.

Qida sənayesində, o cümlədən müxtəlif qənnadı məmulatları, qablaşdırılmış sərinləşdirici içkilər və digər qida məhsullarında rəngləndiricilərin istifadəsi dünya təcrübəsində geniş yayılmış bir haldır.

Bu qida əlavələri yalnız istifadə şərtlərinə uyğun tətbiq edildikdə, heç bir zərərə səbəb olmur. FAO və ÜST-ün “Qida əlavələri üzrə ekspert Komitəsi” tərəfindən uzun illər davam edən risk təhlilləri nəticəsində təsdiq olunmuş bu qida əlavələri yalnız müəyyən edilmiş hədd çərçivəsində istifadə oluna bilər.

Ölkəmizdə bu istiqamətdə müvafiq nəzarət və tənzimləmə tədbirləri AQTA tərəfindən davamlı olaraq həyata keçirilir” , – məlumatda bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv