Ceyhun Kərəmov: “Bu il peşə təhsili müəssisələrinə 25 min tələbə qəbulu həyata keçirilib”

Ceyhun Kərəmov: “Bu il peşə təhsili müəssisələrinə 25 min tələbə qəbulu həyata keçirilib”






presstv

"Presstv"az #Bakı, #Dərslik, #Füzuli, #Lənkəran, #Peşə təhsili, #Peşə Təhsili üzrə Dövlət Agentliyi, #Qax rayonu, #Quba, #Şuşa, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Quba, Füzuli, Şuşa, Qax rayonlarında yeni peşə təhsil müəssisələrinin açılması planlaşdırılır.

presstvaz   xəbər verir ki, bu sözləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.

Direktor vurğulayıb ki, son 10 ildə Bakı, Bərdə, Qəbələ, Gəncə, Cəlilabad İsmayıllı, Lənkəran rayonlarında müasir peşə təhsil müəssisələri yaradılıb:

“Bu il peşə təhsili müəssisələrinə 25 min tələbə qəbulu həyata keçirilib. Bu son 10 ildə olan ən yüksək göstəricidir. 2026-cı ilə qədər 28 minə yaxın tələbə qəbulunun həyata keçirilməsi planlaşdırılır”.

Direktor qeyd edib ki, son 6-7 ildə peşə təhsili üzrə 100-ə yaxın proqram hazırlanıb, yaxud da mövcud olanlar yenilənib:

“550 mindən çox dərslik çap olunaraq peşə təhsili müəssisələrinə çatdırılıb. Yerli müəlliflər ilə yanaşı, beynəlxalq standartlara uyğun dərsliklərin tələbələrə çatdırılması istiqamətində də iş aparırıq. 60 dərslik artıq tərcümə edilib, tələbələrə çatdırılır”.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv