Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD

Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD






presstv

"Presstv"az #Bakı, #Bakı Abadlıq Xidməti, #Tehran, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Əmircan qəsəbəsində yerləşən və zirzəmisində cəsədlər aşkar olunan Əmir Nizaməddin məscidi hazırda nəzarətsiz və baxımsız vəziyyətdədir.

presstvaz   Xəzər TV-yə istinadən bildirir ki, ətrafı qənbər daşları ilə döşənmiş bu məscidin tarixi çox qədimlərə, 1329-1330-cu illərə gedib çıxır. Rəvayətə görə, məscid Şirvanşahlar dövründə, Əmir Nizaməddin Kəsrani tərəfindən qaya üzərində tikilib.

Ehtimal edilir ki, zirzəmi XIX əsrin əvvəllərində baş vermiş müharibələr və basqınlar zamanı sığınacaq kimi istifadə olunub. Lakin sonradan bura sərdabə kimi xidmət edib. Tədqiqatlar zamanı burada tabutlar və insan skeletlərinə rast gəlinib. 1920-ci ildən sonra sərdabə bağlanıb və orada dəfn qadağan olub.

Əmircan kənd sakini Tehran Qarayusifli bildirib ki, bu tarixi məkan 2022-ci ildə Bakı Abadlıq Xidməti tərəfindən əsaslı təmir olunub və tarixi abidənin orijinal görkəmi qorunub. Lakin bir sıra problemlər hələ də həllini gözləyir.

Tehran Qarayusifli, həmçinin məscidin zirzəmisindəki cəsədlərin qorunmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, XIV əsrə aid olan Nizaməddin məscidinin zirzəmisi ilə bağlı məsələ diqqətdə saxlanılacaq.

Ətraflı süjetdə:

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv