Bakıda polisin tapdığı 10 min manatın sahibi BƏLLİ OLDU

Bakıda polisin tapdığı 10 min manatın sahibi BƏLLİ OLDU






presstv

"Presstv"az #Bakı, #Daxili İşlər Nazirliyi (DİN), #Səbail, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir neçə gün öncə Bakının Səbail rayonunda yerləşən Bakı İdman Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10 min manat pul tapıb sahibinə qaytarmışdılar.

presstvaz   Prosport.az-a istinadən xəbər verir ki, həmin pul millimizin sabiq basketbolçusu, “Quba” komandasının oynayan məşqçisi Zaur Paşayevə məxsus imiş.

“Bildiyiniz kimi, Basketbol Federasiyasının ofisi Bakı İdman Sarayında yerləşir. Mühasib “Quba” komandasının əməkhaqqısını vermişdi. Mən də pilləkəndən enəndə, cibimdən 10 min manat düşmüşdü. Sağ olsun ki, polis işçiləri itirən şəxsi axtardı. Mən də oyunun başlanmasını gözləyirdim. Birdən mühasib dedi ki, onun verdiyi pulu itirməmişəm? Əlimi cibimə atdım ki, yoxdur. Dedi ki, polis artıq pulu tapıb, sənədləri gəl götür məndən, təqdim et ki, sənin pulundur. Belə oldu, pulu özümüzə qaytardılar. Allah belə polislərimizdən razı olsun (yeri gəlmişkən, federasiya rəhbərliyi həmin polisə təşəkkürnamə təqdim edəcək – red.)”.

Əldə etdiyimiz məlumata görə, artıq elm və təhsil naziri, Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev 10 min manatı taparaq sahibinə verən polis serjantı Nahid Zahid oğlu Abidovu mükafatlandırıb. Polis əməkdaşına fəxri diplomu icraçı vitse-prezidenti Fərrux Mahmudov təqdim edib.

Qeyd edək ki, pulun tapılması ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev “Facebook” hesabında paylaşım etmişdi. Bu paylaşımdan dəqiqələr sonra pul sahibini tapmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv