Gənclərdə saçların vaxtından əvvəl ağarmasının səbəbləri nələrdir? – ABŞ-li həkimdən açıqlama

Gənclərdə saçların vaxtından əvvəl ağarmasının səbəbləri nələrdir? – ABŞ-li həkimdən açıqlama






presstv

"Presstv"az #anemiya, #Sağlamlıq, #Siqaret, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Nyu-York ştatından olan dermatoloq Viktoriya Kazlosukaya gənclərdə saçların vaxtından əvvəl ağarmasının səbəblərini açıqlayıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “The New York Post” (NYP) nəşrində məqalə dərc edilib.

Nəşrin məlumatına görə, son illərdə Z nəslinin nümayəndələrində gənc yaşlarında saç ağarması getdikcə daha çox müşahidə edilir.

Kazlosukayanın sözlərinə görə, saçların vaxtından əvvəl ağarması adətən dəmir çatışmazlığı səbəbindən baş verir. Onun sözlərinə görə, orqanizmdə dəmir çatışmazlığının aradan qaldırılması gəncləri ağ saçlardan xilas edə bilər.

“Mis, sink və dəmir piqment sintezi üçün zəruri olan fermentin – tirozinazın aktivliyində rol oynayır. Bundan əlavə, ağ saçlar çox vaxt oksidativ stress səbəbindən də ortaya çıxır ki, bu da sərbəst radikalların çox olması və onlara qarşı mübarizə aparan antioksidantların çatışmazlığı nəticəsində bədəndə baş verən prosesdir”, – deyə həkim bildirib.

Qeyd edək ki, “Healthline” səhiyyə şirkətinin məlumatına görə, genetika, ümumi sağlamlıq vəziyyəti, qalxanabənzər vəzinin xəstəlikləri, autoimmun xəstəliklər, siqaret çəkmək və B12 vitamini çatışmazlığı da vaxtından əvvəl saç ağarmağa səbəb ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv