Bakının bəzi ərazilərindən pis qoxu gəlir – Səbəbi bilinmir

Bakının bəzi ərazilərindən pis qoxu gəlir – Səbəbi bilinmir






presstv

"Presstv"az #"Azəriqaz", #8 Noyabr prospekti, #Bakı, #Günəş, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının bəzi ərazilərində məlum olmayan pis qoxu yayılıb.

presstvaz milli.az-a istinadən xəbər verir ki, paytaxt sakinləri deyirlər ki, bir neçə gündür hiss olunan qaz qoxusu hələ də çəkilməyib.

NZS qəsəbəsinin sakinlərinin sözlərinə görə, qoxu əsasən səhər saatlarında daha kəskin olur.

Narahatlığına səbəb olan qaz və ya mazut qoxusu daha çox “Əhmədli”, 8-ci km, “Günəşli” və NZS qəsəbələri, eləcə də “Koroğlu” metrostansiyası istiqamətlərdə hiss olunur

Bunun qaz qoxusu olması iddiası ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirildi ki, qurumun balansında olan qaz kəmərlərində böyük qoxuya səbəb olacaq dərəcədə sızmanın baş verməsi qeyri-mümkündür. Lokal bir hadisə ola bilər. Həmin hadisələrdə də ümumilikdə qaz iyinin borulardan bu qədər yayılması texniki cəhətdən mümkün deyil.

Bəzi sakinlər isə deyirlər ki, pis qoxunun yayılmasına səbəb 8 Noyabr prospektində yerləşən Bakı Neft Bazasının anbarlarının təmizlənməsidir. Məlumatı dəqiqləşdirmək üçün SOCAR PETROLEUM” QSC ilə əlaqə saxlanılıb.

Qurumdan qeyd edildi ki, Bakı şəhər ərazisində şirkətə məxsus 1 və 22 saylı Bakı neft bazası sahələri fəaliyyət göstərir. Amma heç birində təmizlənmə işləri aparılmır. Həmin ərazilərdə xoşagəlməz qoxunun səbəbi neft bazası ilə bağlı deyil.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, qeyd olunan ərazilərdən kəskin qoxu ilə bağlı heç bir şikayət daxil olmayıb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv