Gəncədə “şortik” DAVASININ TƏFƏRRÜATI: “Ayıbdır, camaat baxır”

Gəncədə “şortik” DAVASININ TƏFƏRRÜATI: “Ayıbdır, camaat baxır”






presstv

"Presstv"az #Araşdırma, #Bıçaq xəsarəti, #Gəncə şəhəri, #Hadisə, #Məhkum, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncədə “şortik” mübahisəsi qanla nəticələnib.

presstvaz   Baku TV-yə istinadən xəbər verir ki, şəhərin Adilxan Ziyadxanov küçəsində yerləşən yataqxanada kirayədə yaşayan Samux rayon sakini, 54 yaşlı İlimşah Şahvələdov “şortik” geyindiyinə görə həyətdəki gənclər onunla mübahisə ediblər.

Bu zaman kişiyə bir neçə bıçaq xəsarəti yetirilib.

“Eşitdiyimə görə, kişiyə deyiblər ki, ayıbdır, camaat baxır, niyə “şortik”lə küçəyə çıxıbsan? Ona görə, mübahisə yaranıb. Deyəsən, hadisəni törədənlər sərxoş olublar”, – qonşu Amid Həsənov deyib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində İlimşah Şahvələdova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Emin Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv