Kibertalama halları sürətlə yayılır: Banklar müştərilərini maarifləndirməlidir

Kibertalama halları sürətlə yayılır: Banklar müştərilərini maarifləndirməlidir






presstv

"Presstv"az #Dələduzluq cinayəti, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son aylarda cəmi bir zənglə insanların kart hesabından pulların oğurlanması halları artmaqdadır.

Görünən odur ki, bununla bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanlar bəzən özləri də bilmədən belə dələduzların toruna düşürlər. Maraqlısı odur ki, bu şəxslər əsasən orta yaşlı nəslin nümayəndələrini daha çox tora sala bilirlər.

presstvaz   Xəzər TV-yə istinadən məlumat verir ki, müavinət və ya pensiya kartlarında olan son qəpikləri də həmin işbazların tələsi ilə əldən çıxır. Əsasən xaricdə müəyyən ünvanlarda bu üsulla cinayət törədənlər elə pulları da xarici hesablara köçürürlər.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev deyir ki, belə şəxslərə qarşı qabaqcıl ölkələrdə xüsusi mübarizə üsulları var. Ekspert təklif edir ki, xüsusilə əməkhaqqı, müavinət və pensiya kartlarından xaricə pul köçürmələr dayandırılmalıdır.

Ekspert deyir ki, zəng edən şəxsin kimliyindən, özünü necə təqdim etməyindən asılı olmayaraq, kart məlumatları sahibinin özündə saxlanmalıdır.

Rəşad Əliyev bildirir ki, həmçinin banklar müştərilərini tora düşməmək üçün maarifləndirməli və bunun üçün xüsusi proqramlar hazırlamalıdır.

Ekspertin sözlərinə görə, bu üsullar sosial mühəndislik adlanır. Mobil nömrələrlə zəng edib özlərini bank əməkdaşı kimi təqdim etmək də bu modellərdən biridir. Dələduzlar insanın psixoloji zəifliyini taparaq pul qopartmağa çalışırlar.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv