DİQQƏTLİ OLUN – Elan saytlarında istismara yararsız qaz balonları satılır

DİQQƏTLİ OLUN – Elan saytlarında istismara yararsız qaz balonları satılır






presstv

"Presstv"az #Rusiya, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Elan saytlarında istehsalı illər öncə dayandırılmış və istismara yararsız qaz balonları satılır. Satışa çıxarılan balonlar əsasən istismar müddəti başa çatmış Rusiya istehsalı olan balonlardır.

presstvaz    Xəzər TV-yə istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, sözügedən balonların istismar müddəti illər öncə başa çatıb.

Belə balonlardan istifadə edənlərin isə diqqət etməli olduğu məqamlar var.

Ekspert bildirib ki, satışa çıxarılan və yeni kimi təqdim olunan qaz balonları adətən restavrasiya olunmuşlardır. Bu balonları da alarkən xüsusi sertifikatının olmasına diqqət etmək lazımdır.

Elmar Nurəliyev əlavə edib ki, qaz balonu istifadəçiləri təhlükəsizlik qaydalarına da əməl etməlidirlər. Buna balonun yerləşdiyi yer, otaq temperaturu, borusunun uzunluğu kimi amillər aiddir. Həmçinin bir otaqda yalnız bir balon ola bilər və otağın temperaturu 35 dərəcəni keçməməlidir.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv