“Ukraynadakı müharibə 2025-ci il boyunca davam edəcək” – Dünya Bankından proqnoz

“Ukraynadakı müharibə 2025-ci il boyunca davam edəcək” – Dünya Bankından proqnoz






presstv

"Presstv"az #Münaqişə, #Rusiya, #Rusiya-Ukrayna müharibəsi, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ukraynada iqtisadi artım 2024-cü ildə 3, 2 faizədək azalıb, bu, enerji resurslarınln azalması və qış aylarında elektrik enerjisinin kəsilmələri ilə bağlı olub…”

Dünya Bankı hesab edir ki, Ukraynada müharibə cari ilin sonuna qədər davam edəcək.

presstvaz moderator.az-a istinadən xəbər verir ki, bu barədə “nv.ua” nəşri məlumat yayıb.

“Son bir ildə Rusiya-Ukrayna müharibəsi Ukrayna əhalisinin 40 faizindən çoxuna birbaşa təsir edib”, – məlumatda deyilir.

Dünya Bankı Ukrayna iqtisadiyyatının 2025-ci ildə artım tempinin 2 faizə qədər azalacağını proqnozlaşdırır. Bu proqnoz yanvar ayında dərc olunan “Global Economic Prospects”-in hesabatında qeyd olunur və müharibənin il boyu davam edəcəyi ehtimalına əsaslanır.

Dünya Bankının qiymətləndirməsinə görə, Ukraynada iqtisadi artım 2024-cü ildə 3,2 faizə qədər azalıb. Bu, enerji resurslarının azalması və qış aylarında elektrik enerjisinin kəsilmələri ilə bağlı çətinlikləri əks etdirir.

Bu çətinliklər ticarət və sənaye istehsalının inkişafını məhdudlaşdırıb. Bununla belə, infrastruktura qarşı davamlı hücumlara və digər maneələrə baxmayaraq, iqtisadiyyat əhəmiyyətli dayanıqlılıq nümayiş etdirib.

“Proqnoza əsasən, 2025-ci ildə iqtisadi artım 2 faizə qədər azalacaq, çünki aktiv hərbi əməliyyatların bütün il boyu davam edəcəyi gözlənilir. 2026-cı ildə isə aktiv döyüşlərin dayandırılması və istehlakla yanaşı bərpa işlərinə qoyulan investisiyalar hesabına artımın 7 faizə çatacağı gözlənilir,” – deyə hesabatda bildirilir.

Qeyd edilir ki, son bir ildə münaqişə Ukrayna əhalisinin 41faizinə birbaşa təsir edib, bu da ciddi insan itkilərini və iqtisadi itkiləri vurğulayır. 2023-cü ildə müdafiə üçün hərbi xərclər ÜDM-in təxminən üçdə birini təşkil edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv