Bu məhsul bahalaşdı – 1 dənəsi 50 qəpik

Bu məhsul bahalaşdı – 1 dənəsi 50 qəpik






presstv

"Presstv"az #Azərbaycan, #Bahalaşma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxt bazarlarında kənd yumurtasın artıq 40-50 qəpikdən təklif olunur.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, alıcılar deyirlər ki, son günlər həm kənd, həm də broyler toyuğu yumurtasının qiymətində artım müşahidə olunur.

Satıcıların isə yumurtanın bahalaşması ilə bağlı yayılan münasibətləri birmənalı deyil.

Onlar deyirlər ki, bir həftə əvvəl bazarlarda yumurta qıtlığı müşahidə olunduğundan qiymətlərdə artım olub. Hazırda isə məhsul bol olduğundan qiymətlər stabildir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli isə “Xəzər-xəbər”ə açıqlamasında yumurtanın qiymətində artım proqnozlaşdırılmadığını deyib.

İqtisadçı Xalid Kərimli isə deyir ki, Azərbaycan yumurta tələbatını daxili istehsal hesabına tam olaraq özü ödəyə bilir.

Ekspert hesab edir ki, yumurta qiymətlərinin dəyişməsi tələbatdan və istehsalın planlaşdırılmasından asılıdır. Kənd yumurtasının qiymət artımına gəlincə, ekspert bunu yem və daşıma xərclərinin artması ilə əlaqələndirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv