Ermənistan Parlamentinin sabiq vitse-spikeri: “ABŞ ilə tərəfdaşlıq ölkəyə yaxşı heç nə gətirməyəcək”

Ermənistan Parlamentinin sabiq vitse-spikeri: “ABŞ ilə tərəfdaşlıq ölkəyə yaxşı heç nə gətirməyəcək”






presstv

"Presstv"az #Ermənistan, #İran, #Münaqişə, #Rusiya, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması ölkənin İran və Rusiya ilə münasibətlərini pisləşdirəcək”.

presstvaz-ın erməni mediasına istinadən məlumatına görə, bunu Ermənistan Parlamentinin sabiq vitse-spikeri, müxalif Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsi Eduard Şarmazanov bildirib.

O qeyd edib ki, mümkün ABŞ-İran münaqişəsi halında Vaşinqtonla ilə belə bir sazişin imzalanması Ermənistan üçün ciddi problemlər yaradacaq.

“Belə bir mürəkkəb geosiyasi vəziyyətdə Rusiya və İranla münasibətləri pozmaq sadəcə axmaqlıqdır”, – deyə politoloq bildirib.

Partiya nümayəndəsi, həmçinin qeyd edib ki, bu cür sənədlərin başqa ölkələr tərəfindən imzalanması onlara yaxşı heç nə gətirməyib.

“Təhdidlər azalmayacaq, əksinə artacaq. Qərbin heç bir əsgəri Ermənistanın təhlükəsizliyini qorumağa gəlməyəcək. Qərb Ermənistanın anti-Rusiya və anti-İran olmasını istəyir”, – deyə Şarmazanov bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv