Gəncədə intihar edən gənc şəhidin qardaşı oğludur

Gəncədə intihar edən gənc şəhidin qardaşı oğludur






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Azərbaycan, #Çin, #Ermənistan, #Gəncə şəhəri, #İntihar hadisəsi, #Şəmkir, #Şəmkir rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncə şəhərində intihar edən Ümid Əlizadə şəhid Anar Əlizadənin qardaşı oğludur.

presstvaz   “Teleqraf”a istinadən xəbər verir ki, A.Əlizadə Vətən müharibəsi dövründə – 2020-ci il oktyabrın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həyat yoldaşı Nurçin Əlizadə ilə birlikdə şəhid olub.

Onlar əslən Şəmkir rayonunun Çinarlı kəndindəndirlər. Anar Əlizadə ailəsi ilə birlikdə Gəncədə yaşayıb. Beş il əvvəl düşmənin raket hücumu zamanı onların evi dağılıb. Ailənin sağ qalan üzvlərinə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Gəncədəki yaşayış kompleksində mənzil verilib.

22 yaşlı Ümid Yalçın oğlu Əlizadə yanvarın 13-də burada intihar edib. O, evin tək oğul övladı olub və bu yaxınlarda atası ilə birlikdə Moskva şəhərindən Azərbaycana qayıdıb. Gəncin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Ü.Əlizadənin heç bir pis vərdişi olmayıb.

Mərhum ata-baba yurdu olan Şəmkir rayonunun Çinarlı kəndində torpağa tapşırılıb.

Ü.Əlizadənin intihar faktı ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Gəncədə intihar edən 22 yaşlı gənci Şəmkirdə son mənzilə “Zəminxarə” musiqisinin sədaları altında yola salıblar.

presstvaz   xəbər verir ki, vida mərasimində həyatına son qoyan Ümid Əlizadənin ailə üzvləri və yaxınları iştirak ediblər.

Onun tabutunu “gəlin maşını” müşayiət edib.

Xatırladaq ki, Gəncə şəhər sakini yanvarın 13-də yaşadığı binada özünü asıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv