Kosmik yarışda yeni addım: “SpaceX” Türkiyənin “Baykar” şirkətinin peykini buraxd

Kosmik yarışda yeni addım: “SpaceX” Türkiyənin “Baykar” şirkətinin peykini buraxd






presstv

"Presstv"az #Anadolu, #Baykar şirkəti, #Fergani peyki, #Fergani Space şirkəti, #İlon Mask, #Selçuk Bayraktar, #SpaceX şirkəti, #Transporter-12 missiyası, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pilotsuz texnologiyalar sahəsində innovativ işləmələri ilə tanınan “Baykar” fəaliyyətini kosmik sahədə də genişləndirir.

Belə ki, ABŞ-li biznesmen İlon Mask tərəfindən qurulan “SpaceX” şirkəti Türkiyənin pilotsuz uçuş aparatları istehsalçısı “Baykar”ın iştirakı ilə yaradılan “Fergani Space”in ilk peykinin uğurlu buraxılışını həyata keçirib.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilir ki, buraxılış ABŞ-nin Vandenberg bazasından “Transporter-12” missiyası çərçivəsində həyata keçirilib.

“20 illik hədəfə çatdıqdan sonra bir az daha irəli getdik və kosmik tədqiqatlara başladıq”, – deyə şirkətin İdarə Heyətinin sədri Selçuk Bayraktar hadisəni şərh edib.

Onun sözlərinə görə, “Fergani” layihəsi çərçivəsində Türkiyə şirkəti öz qlobal mövqe təyin etmə sistemini yaratmağı planlaşdırır.

Qeyd etmək lazımdır ki, “Fergani” peyki üçün hidrogen-peroksid mühərrikinin sınağı 2024-cü ilin may ayında uğurla həyata keçirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv