Direktor: “ABŞ və Ermənistanın imzalayacağı sənədin icrasının hansı səviyyədə olacağı sual doğurur”

Direktor: “ABŞ və Ermənistanın imzalayacağı sənədin icrasının hansı səviyyədə olacağı sual doğurur”






presstv

"Presstv"az #Donald Tramp, #Ermənistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ-lə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sənədin xarici işlər nazirləri səviyyəsində imzalanması faktiki olaraq bu sənədin əhəmiyyətini azaldır”.

presstvaz  xəbər verir ki, bu fikirləri “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “ARB24” telekanalında Ermənistan XİN-in ABŞ ilə strateji tərəfdaşlıq haqqında sənədin imzalanması ilə bağlı məlumatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin tələskənliyinin izahı Donald Tramp prezident səlahiyyətlərinin icrasına başlayarsa, belə bir sənədin qısa zamanda imzalanmasının mümkün olmaması ilə bağlıdır:

“Əgər sənəd imzalanarsa, bu, Ermənistanın daxili auditoriyası üçün yaxşı xəbər olacaq. Çünki Ermənistanın ABŞ ilə tərəfdaş olması, tərəfdaşlığını inkişaf etdirəcəyi və s. buna bənzər fikirlər yayılacaq. Amma bunun praktiki olaraq icrasının hansı səviyyədə olacağı sual doğurur. Ola bilər ki, hansısa formada Ermənistanla tərəfdaşlıq edilsin, lakin bunun üçün bir-iki il tələb olunacaq. Çünki Tramp administrasiyanın Ermənistanın problemləri ilə məşğul olmağa vaxtı olmayacaq”.

F.Hüseynəliyev Bayden administarasiyası üçün bu sənədin imzalanmasının heç bir məsuliyyətinin olmadığını bildirib:

“Çünki bir həftədən sonra bu administrasiya artıq olmayacaq. Burada lobbinin xahişi, yaxud təzyiqi ola bilər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv