Bu şəxslər ayda 400 manat alacaq – VİDEO

Bu şəxslər ayda 400 manat alacaq – VİDEO






presstv

"Presstv"az #Azərbaycan, #Əli Əsədov, #İlham Əliyev, #Minimum əməkhaqqı, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baş nazir Əli Əsədov kvotadan əlavə iş yerlərinin yaradılması ilə bağlı qaydaları təsdiq edib. Yeni qaydalar işaxtaran vətəndaşların özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əməkhaqqı məbləğində, yəni 400 manat vəsait almasına imkan verəcək.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, millət vəkili Vüqar Bayramov deyib ki, həmin qaydalara əsasən Azərbaycanda  kvotadan əlavə iş yerlərinin yaradılması mümkün olacaq.

Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Vüqar İmanov deyib ki, proqramın əsas mahiyyəti, özəl işə işəgötürənlərin dəstəklənməsi xarakteri, əmək bazarına çevik şəkildə qaytarılmasına yönəlmiş aktiv məşğulluq tədbiridir.

Yeni mexanizm, eyni zamanda, dövlət və özəl tərəfdaşlığın gücləndirilməsinə imkan verəcək, işaxtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq. Xüsusən də əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək.

Qeyd edək ki, bu qaydalar Prezident İlham Əliyevin təsdiq etdiyi “Məşğulluq haqqında” qanuna edilən dəyişikliklərə əsasən hazırlanıb.

Daha ətraflı videomaterialı təqdim edirik.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv