Sülhlə bağlı neçə maddə razılaşdırılıb? – Paşinyanın mətbuat katibindən mühüm açıqlama

Sülhlə bağlı neçə maddə razılaşdırılıb? – Paşinyanın mətbuat katibindən mühüm açıqlama






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Nikol Paşinyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi ilə bağlı müzakirə olunan 17 maddədən 15-i razılaşdırılıb. Qalan 2 maddədə də ortaq məxrəcə gəlmək üçün qarşı tərəfin icra edəcəyi proseslər var.

presstvaz  Oxu.Az-a istinadən  xəbər verir ki, birincisi, Ermənistan Konstitusiyasında dəyişiklik olunmalıdır. Çünki həmin sənəddə Azərbaycana qarşı ərazi iddiaları yer alır, Qarabağ muxtar vilayət kimi Ermənistanın bir hissəsi olaraq göstərilir. Azərbaycanın digər şərti isə ATƏT-in Minsk Qrupunun ləğv edilməsidir.

Görünür, bu məsələdə razılaşmanın əldə edilməsi ehtimalı artıb. Ermənistan Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir. Bu barədə Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan açıqlama verib. O bildirib ki, Ermənistan ATƏT-ə Minsk Qrupunun ləğvi üçün müraciət etmək imkanını nəzərdən keçirir.

Siyasi şərhçi İlyas Hüseynovun sözlərinə görə, Ermənistan tərəfi yaxşı anlayır ki, burada havadarlara güvənmək tamamilə yolverilməzdir və regionda sülhün heç bir alternativi yoxdur: “Ümid edirəm ki, Azərbaycanın tələbləri tez bir zamanda icra olunacaq, İrəvan tərəfindən ictimaiyyəti çaşdıran çıxışlar görməyəcəyik və Minsk Qrupunun buraxılması ilə bağlı qətiyyətli addımlar atılacaq”.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv