Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı

Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı






presstv

"Presstv"az #Fransa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa Çadın Abeşe bazasından öz qoşunlarının çıxarılmasını başa çatdırıb. Dünən bazadan ağır texnika, bu gün isə hərbçilər çıxarılıb.

presstvaz bu barədə “tchadinfo” portalına istinadən xəbər verir.

Məlumata görə, baza Çad Silahlı Qüvvələrinin sərəncamına keçib.

29 noyabr 2024-cü ildə Çad Fransa ilə müdafiə sazişinin ləğv edildiyini elan edib və dekabrın 20-də bütün hərbçilərin 31 yanvar 2025-ci ilədək ölkə ərazisindən çıxarılmasını tələb edib. Əvvəlcə Çadı fransız qırıcıları, sonra isə 1960-cı ildə müstəqillik əldə etdiyi vaxtdan bu ölkədə daimi olaraq yerləşdirilmiş kontingentdən ilk 120 hərbçi tərk edib. Son vaxtlar Çadda paytaxt Ncamenada, Faya-Larjoda və Abeşedə yerləşən üç bazada təxminən 1 000 franslı hərbçi qalmışdı.

Çad hakimiyyətini, eləcə də fransız hərbçilərinin çıxarılmasını tələb edən Qərbi Afrikanın digər keçmiş müstəmləkələri Mali və Nigeri Parisin təhlükəsizliyi təmin etməkdən daha çox regionda öz mövqelərini qorumağa çalışması qane etmirdi.

Çadın Baş naziri Allamay Halinanın sözlərinə görə, Ncamenanın Fransa ilə hərbi əməkdaşlığa son qoymaq qərarı “cəsarətli və vətənpərvər” qərardır və Çad xalqı bunu çoxdan gözləyirdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv