İcma Qərbi azərbaycanlıların qayıdışına verdiyi dəstəyə görə İlham Əliyevə təşəkkür edib

İcma Qərbi azərbaycanlıların qayıdışına verdiyi dəstəyə görə İlham Əliyevə təşəkkür edib






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #İlham Əliyev, #Qərbi Azərbaycan İcması (QAİ)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qərbi Azərbaycan İcması Azərbaycan Prezidenti İlham Əliyevə 2025-ci il yanvarın 7-də yerli mətbuat orqanlarına verdiyi müsahibəsində Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışına verdiyi dəstəyə görə təşəkkür edib.

presstvaz-ın məlumatına görə, bu barədə İcma bəyanat yayıb.

“İlham Əliyevin regional sülh və təhlükəsizlik ilə bağlı ifadə etdiyi baxışa tam dəstəyimizi ifadə edirik.

Ermənistanın siyasi dairələrində hakim olan irqi ayrı-seçkilik və radikal millətçilik ideologiyası insan hüquqları və sülh üçün ən böyük təhdiddir. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə etdiyi, “Ermənistan və Qarabağın yad millətlərdən tamamilə təmizlənməsi”ni tarixi nailiyyət kimi təqdim edən çıxışının bu günlərdə yayılmış videoyazısı, ikinci prezident Robert Koçaryanın beynəlxalq təşkilatın tribunasından “Azərbaycanlılar və ermənilər etnik cəhətdən uyğunsuzdurlar” kimi irqçi açıqlaması, üçüncü prezident Serj Sarqsyanın və onun partiyasının faşist Qaregin Njdenin “Tsexakronizm” irqçi ideologiyasından ruhlanması bu dövlətin mahiyyətini əks etdirir.

Biz Prezident İlham Əliyevin Ermənistanın həyata keçirdiyi kütləvi silahlanma siyasəti ilə bağlı ifadə etdiyi narahatlığı tam bölüşür və Ermənistanın silahlanmaya son verməsi tələbini dəstəkləyirik. Aqressiv keçmişə malik və irqçi, revanşist ideologiyaların hökm sürdüyü Ermənistan hərbi güc ilə məsuliyyətlə davrana bilmir və onun silahlanması yolverilməzdir.

Ermənistanın biz Qərbi azərbaycanlılara qarşı törətdiyi tarixi ədalətsizlikləri tam inkar yanaşmasından çıxış etməsi siyasətinin heç bir perspektivi yoxdur.

Biz Ermənistan hökumətindən Qərbi azərbaycanlıların deportasiyasına görə üzr istəməyi, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağı, qayıdışa şərait yaratmağı, Azərbaycan xalqına məxsus olan mədəni irsin dağıdılması və təhrif edilməsi siyasətinə son qoymağı, silahlanmanı dayandırmağı və üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq kommunikasiya xətlərini açmağı tələb edirik”, – bəyanatda qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv