Xaricdən gətirilən bəzi avtomobillər üçün gömrük rüsumu tələb edilməyəcək – VİDEO

Xaricdən gətirilən bəzi avtomobillər üçün gömrük rüsumu tələb edilməyəcək – VİDEO






presstv

"Presstv"az #Azərbaycan, #Belarus, #Gürcüstan, #Moldova, #Özbəkistan, #Qazaxıstan, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xaricdən gətirilən bəzi dizel və benzin mühərrikli avtomobillər üçün gömrük rüsumu tələb edilməyəcək. Bu yenilik həmin avtomobillərin Azərbaycan bazarında ucuzlaşmasına səbəb ola bilər.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, son zamanlar xaricdən avtomobil alanların sayı kifayət qədər artıb. Buna səbəb isə nəqliyyat vasitəsinin yerli bazardakı qiyməti ilə müqayisədə bir az ucuz başa gəlməsidir.

Gətirilən avtomobillərə görə qanunvericiliyə əsasən müxtəlif ödənişlər tələb olunur. İdxal gömrük rüsumu, əlavə dəyər vergisi, aksiz vergisi, utilizasiya haqqı, vəsiqə haqqı, gömrük yığımları və s. Bu isə bəzi avtomobillərin xüsusilə də mühərrik həcmi 2000 kubsantimetrdən çox olanların gömrük rüsumunun çox olmasına səbəb olur.

İqtisadçı Xalid Kərimli deyir ki, rüsumların belə hesablanması hər hansı sosial problem yaratmır.

Onun sözlərinə görə, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikası, Belarus və Tacikistandan mənşə sertifikatı təqdim edilməklə gətirilən avtomobillərə rüsum tətbiq edilmir.

Bundan başqa, son illər ölkəyə gətirilən, istehsal ilindən 3 ildən çox keçməyən elektrik mühərrikli minik avtomobilləri idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilib. Bu da cəmi gömrük ödənişlərində özünü göstərir.

Daha ətraflı videomaterialı təqdim edirik.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv