Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edilib

Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edilib






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Müdafiə Nazirliyi, #Doğum günü, #Hərbi Hava Qüvvələri, #Rəşad Atakişiyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İkinci Fəxri xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu olmuş şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

presstvaz  bildirir ki, bu barədə   Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin media nümayəndələrinin iştirak etdiyi tədbirdə hərbi pilotun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Mərasimdə general-mayor Həsən Əlövsədov çıxış edərək polkovnik-leytenant R.Atakişiyevin şərəfli xidmət yolundan, vətənpərvərliyindən və peşəkarlığından danışıb, onun gənc pilotlar üçün örnək olduğunu qeyd edib.

Bildirilib ki, polkovnik-leytenant R.Atakişiyevin xatirəsi hər zaman Azərbaycan xalqının yaddaşında yaşayacaq, fəxrlə anılacaq. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, yanvarın 7-də Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.\oxu.az/

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv