“Mən dəyərəm min cavana” 90-cı dəfə nümayiş olunacaq – FOTO

“Mən dəyərəm min cavana” 90-cı dəfə nümayiş olunacaq – FOTO






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

3 mart saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Mən dəyərəm min cavana” (Faiq Sücəddinov, Tamara Vəliyeva) iki hissəli musiqili komediyası 90-cı dəfə nümayış olunacaq. 

Bu tamaşa tanınmış yazıçı-dramaturq Tamara Vəliyevanın Musiqili teatrda “Bankir Adaxlı”dan sonra səhnəyə qoyulan ikinci əsəridir.

Yaranma tarixçəsi qəribə olan komediya illər öncə görkəmli teatr və kino aktyoru, “Şöhrət” ordenlı Xalq artisti Hacıbaba Bağırovun 75 illik yubileyi münasibətilə hazırlanırdı. Lakin tamaşanın premyerasından əvvəl, 2006-cı ildə onun qəfil vəfatı yaradıcı heyətin bütün planlarını dəyişir. 2007-ci ildə “Mən dəyərəm min cavana” böyük sənətkarın xatirəsəinə ithaf olaraq sevənlərinə bir təskinlik kimi təqdim olunur.

İlk nümayişindən 17 il keçməsinə baxmayaraq, yenə də öz aktuallığını saxlayan səhnə əsərində rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nadir Xasiyev, Əkbər Əlizadə, Nərgiz Kərimova, aktyorlar Rəsmiyyə Nurməmmədova, Ülviyyə Əliyeva, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Səmədzadə Xasiyev, Ruslan Mürsəlov, Nəzrin İsmayılzadə, Əli Kərimov və Murad Əliyev ifa edəcəklər. Həmçinin teatrın xor və balet artistlərinin bir-birindən maraqlı və rəngarəng çıxışları da tamaşaya gözəllik gətirəcək.

Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv