Ali məktəblərə keçid ballarında dəyişikliklər: Bu il nələr gözlənilir?

Ali məktəblərə keçid ballarında dəyişikliklər: Bu il nələr gözlənilir?






presstv

"Presstv"az #Ali məktəblərdə qəbul imtahanları, #Bakı, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hər il qəbul imtahanlarında keçid ballarında dəyişikliklər müşahidə edilir. Bəs bu il ciddi dəyişikliklər olacaqmı?

presstvaz   Xəzər TV-yə istinadla xəbər verir ki, təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli mövzu ilə bağlı proqnozlarını paylaşıb.

Onun sözlərinə görə, yerlərin sayının artırılması planlaşdırılsa da, bu il keçiriləcək qəbul imtahanlarında keçid ballarının azalması gözlənilmir. “Daha çox insanlar düşünür ki, yerlərin sayı artdıqca keçid balları aşağı düşəcək. Mən bunu düşünmürəm. Sadəcə olaraq, qəbul aparılmayan və qəbul faizi aşağı olan ixtisaslarda qəbul yerlərinin dolma faizi artacaq. Bu da universitetlərə əlavə maliyyə stimulu və məsuliyyət gətirəcək” , – deyə Vüsal Kərimli bildirib.

Mütəxəssis qeyd edib ki, 2026-cı ilə qədər tələbə sayı xeyli artırılmalıdır. Ötən ilin statistikasına əsasən, bu il qəbul yerlərinin sayının 5-8 min arasında artacağı proqnozlaşdırılır. Bunun əsas səbəblərindən biri yeni tədris binalarının istifadəyə verilməsidir. Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Bakıda Xəzər Universitetinin yeni binalarının tikilməsi tələbə sayında artımı dəstəkləyəcək.

Eyni zamanda, Vüsal Kərimli vurğulayıb ki, keçid balları enməsə də, qəbul suallarının ötən illərə nisbətən asanlaşdırılacağı gözlənilir. Bu isə qəbul faizinin yüksək olması ilə nəticələnə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv