ABŞ-də təyyarə mebel zavodunun üzərinə düşdü: Ölən və yaralananlar var

ABŞ-də təyyarə mebel zavodunun üzərinə düşdü: Ölən və yaralananlar var






presstv

"Presstv"az #Amerika Birləşmiş Ştatları (ABŞ), #Kaliforniya, #Təyyarə qəzası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Kaliforniyada (ABŞ) dördnəfərlik “Van’s RV-10” təyyarəsinin çırpıldığı yer “Michael Nicholas Designs” mebel istehsalı zavodudur. Həmin vaxt isə müəssisədə 200 işçi olub.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə yerli polisin yaydığı bəyanatında deyilir.

Bildirilir ki, təyyarədə olan iki nəfər (qeyri-rəsmi məlumata görə, pilot və onun 16 yaşlı qızı) ölüblər, anbarın işçiləri isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Həlak olanların kimliyi araşdırılır.

Qeyd olunur ki, təyyarə Orinc dairəsindəki hava limanından qalxdıqdan iki dəqiqə sonra düşüb. Təhlükəsizlik kameralarının görüntüləri göstərir ki, hava gəmisi binaya çırpılan vaxt yan tərəfə doğru əyilmiş vəziyyətdə olub.

Hava limanının əməkdaşının sözlərinə görə, pilot qalxışdan sonra hava nəzarətçilərinə təcili eniş etmək üçün geri dönəcəyini bildirib. Təyyarədəki problemin isə nədən ibarət olduğu açıqlanmayıb.

Son məlumatlara görə qəza nəticəsində daha 19 nəfər xəsarət alıb.

ABŞ-nin Kaliforniya ştatında kiçik təyyarə qəzaya uğrayıb.

presstvaz   xarici KİV-ə istinadən bildirir ki, Fullerton şəhərində təyyarə binanın üzərinə düşdükdən sonra orada yanğın başlayıb.

Yerli polisin verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub, 18 nəfər yaralanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv