Zurabişvili Gürcüstan müxalifətinin yeni lideri olacaq? – Özü AÇIQLADI

Zurabişvili Gürcüstan müxalifətinin yeni lideri olacaq? – Özü AÇIQLADI






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstan prezidenti Salome Zurabişvili payızda keçiriləcək parlament seçkilərində müxalifətə rəhbərlik etməyi planlaşdırmır.

presstvaz   xəbər verir ki, o bu barədə Londonda Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) keçirilən tədbirdə bildirib.

“Mən müxalifət lideri olmayacağam… Bəziləri bu yolu seçməyimi istəyir, amma mən bunu düzgün qərar hesab etmirəm”, – deyə, o qeyd edib.

Zurabişvilinin sözlərinə görə, indi gürcü seçicilərinin əksəriyyəti nə 12 ilə yaxındır iqtidarda olan “Gürcü arzusu”nu, nə də eks-prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat (VHM) partiyasını dəstəkləyir.

“Əhalinin təxminən 50%-i heç bir güc istəmir və müxalifət partiyalarının nə qədər birgə hərəkət edə biləcəyini gözləyir. Bu o demək deyil ki, bizə bir siyahı arxasında və ya bir partiya ətrafında birləşmək lazımdır. Bu, real deyil və gələcəkdə çoxpartiyalı sistemin xeyrinə olmayacaq”, – deyə prezident bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv