Bir yaşlı Əsəd təcili əməliyyat olunmalıdır

Bir yaşlı Əsəd təcili əməliyyat olunmalıdır






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir yaşlı Əsədin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

presstvaz bildirir ki, bu barədə  Oxu.Az-a onun anası Aidə Rəhimova məlumat verib.

O bildirib ki, övladı Uretro hidrenefroz xəstəliyindən əziyyət çəkir:

“Əsəd bir yaş üç aylıqdır. O anadangəlmə böyrək qapalılığı xəstəliyindən əziyyət çəkir. Biz Əsədin xəstəliyini doqquzaylıq olarkən öyrəndik. Həkimlər onun təcili əməliyyata alınmalı olduğunu deyib, əməliyyat etdilər. Hazırda Əsəd yenidən əməliyyat olunmalıdır. Bunun üçün isə bizim 6 500 manata ehtiyacımız var”.

Aidə Rəhimova övladının əməliyyatı üçün yardımsevər şəxslərə səslənib:

“Əsədin sidik kanalı qarnındadır, əməliyyat zamanı bu kanal öz yerinə, sidik kisəsinə yerləşdiriləcək. Əməliyyat Bakıda yerləşən xəstəxanalardan birində həyata keçiriləcək. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik. Biz Ağcabədi rayonunda yaşayırıq, yoldaşım fəhləlik edir, özüm isə uşaqlara görə işləyə bilmirəm”.

Ailə ilə əlaqə: (050) 418-62-69.

Kapital Bank: 5239 1517 1221 5733.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv