Teymur Rəcəbovdan Azərbaycanda işləyəcək mütəxəssisə münasibət

Teymur Rəcəbovdan Azərbaycanda işləyəcək mütəxəssisə münasibət






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov rusiyalı mütəxəssis Vladimir Çuçelov haqqında danışıb.

presstvaz   xəbər verir ki, Rusiya mətbuatına müsahibə verən şahmatçımız onu top-məşqçi adlandırıb.

Dünya şöhrətli məşqçi vaxtilə Rəcəbovla işləyib. Teymur rusiyalı mütəxəssisin müsbət keyfiyyətləri barədə danışıb: “Çuçelov top-məşqçidir. Fabiano Karuana, Aniş Giri, Hou İfan kimi məşqçilərlə işləyib. O, çoxlu eyni vəziyyətləri müxtəlif şahmatçılarla sınaqdan keçirir. Bu, uğura gedən ən yaxşı yoldur. Onun fikrincə, müxtəlif debütlər eyni şeylərlə məşğul olmaqdan daha faydalıdır. Vladimir tibb sahəsindəki araşdırmalar kimi hərəkət etməli olduğumuzu düşünür. Çuçelov heç vaxt dəqiqələri saymır. Həmişə işin içindədir və zamanı unudur. Gündə 10 saat məşq keçə bilər, ambisiyalıdır və nəticələrə köklənir. O, tələbələri vasitəsilə özünün əldə edə bilmədiyi uğurlara nail olmağa çalışır. Rusiyalı mütəxəssis öz sahəsində yaxşılardan biridir, bəlkə də, ən yaxşısıdır”.

Qeyd edək ki, Vladimir Çuçelov Azərbaycan Şahmat Federasiyasının dəvəti ilə Bakıda gənc şahmatçılar üçün keçirilən bir həftəlik təlim-məşq toplanışına başçılıq edir. Federasiya rəhbərliyi hazırlıq bitdikdən sonra Vladimir Çuçelovla əməkdaşlığın müddətini dəqiqləşdirəcək./İdman.biz\


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv