Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir

Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Nar” Azərbaycanın mobil rabitə sahəsinin peşəkarlar kadrlarının yetişdirilməsi məqsədilə, İT və rabitə ixtisasları üzrə təhsil alan tələbələr üçün təcrübə proqramına başladı.

presstvaz bildirir ki, seçilən 10 tələbə Şəbəkə texnologiyaları departamentində təcrübə keçəcək.

May ayının sonunadək davam edəcək proqram çərçivəsində tələbələr “Nar”ın peşəkar texniki heyətilə birgə çalışacaq və gələcək karyeraları üçün əvəzsiz təcrübi biliklər qazanacaq. Təcrübə proqramı “Nar”ın KSM strategiyasının təhsilə dəstək istiqaməti üzrə və Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq çərçivəsində keçirilir.

Bu əməkdaşlıq çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası fəaliyyət göstərir, “Nar”ın texniki heyəti mobil rabitənin əsasları barədə təlimlər keçir və AzTU tələbələri təcrübə proqramlarına cəlb edilir.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv