İspaniyada Ekvatorial Qvineya Prezidentinin oğlunun həbsinə order verilib

İspaniyada Ekvatorial Qvineya Prezidentinin oğlunun həbsinə order verilib






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniya tribunalı Ekvatorial Qvineyası Prezidentinin oğullarından biri, dövlət katibi, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Karmelo Ovono Obianqın, habelə müxalifətçilərin qaçırılması və işgəncə verilməsində şübhəli bilinən digər iki məmurun həbsinə order verib.

presstvaz  bildirir ki, bu barədə ” Agence France-Presse” agentliyi xəbər yayıb.

İspaniya tribunalının press-relizində qeyd edilir ki, orderlər həm də ölkənin daxili təhlükəsizlik naziri Nikolas Obama Nçamaya və Prezidentin Təhlükəsizlik İdarəsinin baş direktoru İsaak Nqema Endoya qarşı yönəlib.

İspaniya ədliyyəsi kəşfiyyat rəhbərindən və daha iki yüksək vəzifəli məmurdan 2023-cü ilin yanvarında ölən İspaniya vətəndaşı Xulio Obama Mefuman da daxil olmaqla, dörd siyasi rəqibin oğurlanması, işgəncəyə məruz qalmasında əli olmasından şübhələnir. Ekvatorial Qvineyanın müxalifət hərəkatı onun Afrika ölkəsində həbsxanada işgəncələrə məruz qaldığını və öldüyünü iddia edir. Malabo hökuməti onun xəstəlik nəticəsində xəstəxanada öldüyünü bildirib. İspan dövlət çevrilişinə cəhd ittihamı ilə məhkum edilib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv