Hikmət Hacıyev: Xocalı soyqırımına görə Ermənistan dövlət kimi məsuliyyət daşıyır

Hikmət Hacıyev: Xocalı soyqırımına görə Ermənistan dövlət kimi məsuliyyət daşıyır






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xocalıda aşkarlanan kütləvi məzarlıqlardakı insan qalıqlarının kimliyi DNT analizi ilə müəyyənləşdiriləcək.

presstvaz   xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında qeyd edib.

“Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb. Ola bilsin ki, bu adsız və günahsız mülki qurbanların qalıqlarının 1992-ci il 26 fevralda törədilmiş Xocalı soyqırımının növbəti ildönümündə tapılması ilahi ədalətdir. Onların kimlikləri DNT analizləri ilə müəyyən ediləcək. Ermənistanın hərbi təcavüzü nəticəsində təxminən 4000 azərbaycanlı itkin hesab olunur. Ermənistan kütləvi şəkildə qətlə yetirilmiş azərbaycanlıların basdırıldığı bu cür kütləvi məzarlıqlarla bağlı məlumat verməkdən imtina edir”, – Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi beynəlxalq hüquqa əsasən istənilən dövlətin beynəlxalq səviyyədə yol verdiyi haqsızlıqlara görə beynəlxalq məsuliyyət daşıdığını vurğulayıb: “Ermənistan Respublikası Xocalı soyqrımına və azərbaycanlılara qarşı digər haqsız hərəkətlərinə görə dövlət məsuliyyəti daşıyır. Ermənistan Respublikası hələ də Azərbaycan xalqından və dövlətindən 30 illik hərbi işğala, xüsusilə də Xocalı soyqırımına görə üzr istəməyib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv