Ruben Bakıya bu cür girmək istəyirmiş – Sirr açıldı

Ruben Bakıya bu cür girmək istəyirmiş – Sirr açıldı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ameriabank”ın alıcısını Gürcüstan vasitəsilə Ermənistanın maliyyə bazarına daxil olmağa çalışan Türkiyə-Azərbaycan kapitalının dəstəklədiyi istisna deyil.

presstvaz   axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Alternativ” Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı alim Tatul Manaseryan Ruben Vardanyanın bankının Gürcüstan bankı tərəfindən alınması haqda danışarkən deyib.

O, Bakıda həbsdə olan separatçı, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın təşəbbüsü ilə uzun illər əvvəl edilən sövdələşmə cəhdini xatırladıb:

“Vardanyan qurduğu “Troyka Dialoq” təşkilatının köməyi ilə Bakıdakı neft quyularından birini əldə etməyə çalışırdı. Biz ermənilərdən fərqli olaraq, azərbaycanlılar bunun arxasında kimin dayandığını, hansı kapital olduğunu və bu kapitalın Azərbaycana nə üçün girməyə çalışdığını anlamağa çalışırlar. Nəticədə azərbaycanlılar bu sövdələşməni qadağan etdilər və anlaşmanı pozdular”.

O bildirib ki, Ruben Bardanyanın bankının o vaxtdan nəzarətdə olduğunu istisna etmir:

“Yəni bizdə başqa bank yoxdur? 20-dən çox bank var, qoy istənilən başqa bankı alsınlar, halbuki onları daha ucuz ala bilərlər. Niyə məhz bu bank?”

Manaseryanın sözlərinə görə, Ermənistanın bank sistemində banklara bank sirrini saxlamağa imkan verən müxtəlif ödəniş və məlumat ötürmə sistemləri mövcuddur:

“Unutmayın ki, bank sirri dövlət sirrinin bir hissəsidir. Bu vəziyyətdə bu cür “xoş gəldin!” çox ağır nəticələr verə bilər. Hər şey dəyişir, dünya nizamı dəyişir, amma türk heç vaxt dəyişməyəcək. Onun arzuları və məqsədləri çox dəyişmir”.

O, Ruben Vardanyanın azadlığa buraxılması üçün “Ameriabank” sövdələşməsinin fidyə ola biləcəyi ilə bağlı ehtimalı sadəlövhlük adlandırıb və belə bir varianta inanmadığını bildirib.

Qeyd edək ki, “Bank of Georgia Group” “Ameriabank”ın əsas səhmlərini almaq niyyətini açıqlayıb. Bankın hazırkı səhmdarları arasında 10% pay Avropa Yenidənqurma və İnkişaf Bankında qalacaq. İlkin məlumatlara görə, “Ameriabank”ın satışı üzrə əməliyyatın məbləği 303,6 milyon dollar təşkil edir.

Əməliyyat həmçinin tərəflərin səhmdarlarının ümumi yığıncaqları və tənzimləyici orqanlar, o cümlədən Ermənistan Mərkəzi Bankı tərəfindən təsdiqlənməlidir. Manaseryan əminliklə bildirib ki, Ermənistan Mərkəzi Bankı bu əməliyyatı təsdiqləyəcək.

“Ameriabank”ın səhmdarları sırasında 48,82 faizlə “Imast Group” şirkəti (Ruben Vardanyanın təsis etdiyi keçmiş “Ameria Group”), 17,71 faizlə Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı (13,91%), eləcə də 12,05 faizlə ESPS Group (buraya bir sıra Ameria Group menecerləri daxildir) var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv