Bakıda azyaşlı qıza zorakılıq edən kişi saxlanıldı

Bakıda azyaşlı qıza zorakılıq edən kişi saxlanıldı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda kişinin azyaşlıya qarşı zorakılıq etməsini əks etdirən görüntülər yayılıb.

Videoda onun balaca qıza qarşı kobud davranması, saçını dartması və başına güclü zərbələr vurması görünür. Bundan qorxan uşaq ağladığı zaman isə kişi azyaşlıya bunu belə irad tutur.

presstvaz   xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov “Qafqazinfo”ya bildirib ki, sözügedən görüntülər araşdırılıb.

Onun sözlərinə görə, azyaşlıya qarşı zorakılıq edən Bakı sakini Elnur Məmmədova qarşı cinayət işi açılıb: “Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elnur Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, hadisədən əvvəl E.Məmmədovun həyat yoldaşını döydüyü, daha sonra ananın qızına qarşı edilən zorakılığı telefonla çəkiyi iddia edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv