Bu 4 universitetin ikili diplom proqramları üzrə qiymətləndirmə aparılır

Bu 4 universitetin ikili diplom proqramları üzrə qiymətləndirmə aparılır






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2023-cü il ərzində 13 ali təhsil müəssisəsinin institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib”.

presstvaz   “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.

Onun sözlərinə görə, beş ildən bir müvafiq komissiyalar tərəfindən ali məktəblərin akkreditasiyası həyata keçirilir. 271 meyar üzrə qiymətləndirmə aparılır.

Bura Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Bakı Dövlət Universitetinin Qazax filialı, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti daxildir.

Tural Əhmədov bildirib ki, Azərbaycanda 4 ali təhsil müəssisəsində dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramı həyata keçirilir.

Onun sözlərinə görə, dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramlarının 4 ali təhsil müəssisəsi üzrə 3 ixtisaslaşma və 8 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi prosesi başlanılıb: “Bunlar ADA -Corc Vaşinqton Universiteti, Bakı Mühəndislik Universiteti – Koreyanın İNHA, Azərbaycan Dövlət Pedaqoji Universiteti – Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti – Ege Universitetidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv